...

ABŞ Hərbi Hava Qüvvələrinin komandanı istefa verir

Siyasət Materials 27 Aprel 2013 06:26 (UTC +04:00)
ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Maykl Donli bu vəzifədə beş il xidmət etdikdən sonra istefa verir.
ABŞ Hərbi Hava Qüvvələrinin komandanı istefa verir

Azərbaycan, Bakı, 27 aprel /Trend/

ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Maykl Donli bu vəzifədə beş il xidmət etdikdən sonra istefa verir. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

"Onun rəhbərlik etdiyi vaxt Hərbi Hava Qüvvələri üçün çətin dövr olub. Lakin o, xidmətdə məsuliyyəti, təşəbbüskarlığın və peşəkarlığı aşılamağa kömək edib", - ABŞ müdafiə naziri Çak Heygel vurğulayıb.

İyunun 21-i 60 yaşlı Donli üçün son iş günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti