...

Əli Əhmədov: Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir

Siyasət Materials 1 May 2013 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında çərşənbə günü hakim partiyanın Sədr müavini - icra katibi Əli Əhmədovun rayon təşkilatının ərazi ilk təşkilat sədrləri ilə görüşü keçirilb.

Trend-in məlumatına görə, görüşdə YAP icra katibinin müavini Siyavuş Novruzov, Xəzər rayonundan deputat seçilmiş Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak ediblər.

Tədbirdə çıxış edən Əli Əhmədov bildirib ki, mütəmadi olaraq bu kimi görüşlərin keçirilməsində başlıca məqsəd 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlığın müəyyən edilməsidir.

"Sevindirici haldır ki, ötən illər ərzində bütün seçki kampaniyalarında YAP fəallıq nümayiş etdirib. 20 ilə yaxındır ki, hakim partiya ölkəmizdə keçirilən prezident seçkilərinin qalibi olub", - Əhmədov vurğulayıb.

Prezident seçkilərinə toxunan Əli Əhmədov deyib ki, hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və daim onun arxasında dayanır.

"10 ilə yaxın müddətdə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, insanların rifah halı yaxşılaşıb. Məhz İlham Əliyevin də əsas məramı ölkədə iqtisadiyyatın inkişaf etdirilməsi ilə insanların rifah halının yaxşılaşdırılmasını təmin etməkdir. Hər bir insan daha yaxşı yaşamaq istəyir", - Əhmədov vurğulayıb.

Daha sonra tədbir KİV-in iştirakı olmadan davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti