...

"Heydər Əliyev - Ömür Yolu" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Siyasət Materials 7 May 2013 18:25 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Mərkəzinin birgə hazırladığı "Heydər Əliyev - Ömür Yolu" kitabının təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitabla bağlı videoçarx nümayiş etdirilib.
"Heydər Əliyev - Ömür Yolu" kitabının təqdimat mərasimi keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Mərkəzinin birgə hazırladığı "Heydər Əliyev - Ömür Yolu" kitabının təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitabla bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə kitab haqqında danışıb. O qeyd edib ki, bu kitab ümummilli lider Heydər Əliyevin keçdiyi yolu dolğun əhatə edib.

Rəhimzadə bildirib ki, belə kitablar çox vacibdir, çünki bu kitablar bizim dünənimizdən, bu günümüzdən və gələcəyimizdən xəbər verir. O qeyd edib ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni bir eraya qədəm qoyub, Azərbaycan yox olma mərhələsindən dinamik inkişaf edən bir ölkəyə çevrilib.

"Biz Heydər Əliyevin əsəri hesab olunan bugünkü dinamik inkişaf edən Azərbaycanı qorumalıyıq. Biz Azərbaycanı təkcə ağız büzən müxalifətdən deyil, eyni zamanda, içimizdə olan bəzi məmurlardan da qorumalıyıq", - o deyib.

Daha sonra millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən danışaraq deyib ki, dünyanın siyasi arenasında elə hadisələr baş verirdi ki, bu hadisələrin mahiyyətini yalnız Heydər Əliyev başa düşürdü.

Cəfərov qeyd edib ki, ümummilli liderin bu qabiliyyəti qaynar siyasi proseslərdən düzgün nəticələr çıxarmağa imkan yaradırdı: "Heydər Əliyev ona görə ümummilli lider səviyyəsinə yüksəlib ki, o, daim qalib gəlirdi. Heydər Əliyevin qələbələrinin mənbəyində dayanan qüvvə Azərbaycan xalqı idi. O, ən gərgin anlarda belə xalqına arxalanır və qalib gəlirdi".

Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimov bildirib ki, dünya azərbaycanlılarının bir araya gətirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.

Kərimov qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının Bakıda ilk qurultayı keçirildi. O, eyni zamanda, Heydər Əliyevin gənc nəsilə göstərdiyi qayğıdan danışaraq qeyd edib ki, ulu öndər gənclərin yetkin kadr kimi hazırlanmasına böyük diqqət yetirirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti