...

DİN: Xudatda qanunsuz aksiya keçirməyə cəhd edənlər inzibati qaydada həbs ediliblər

Siyasət Materials 10 May 2013 14:05 (UTC +04:00)
Trend DİN mətbuat xidmətinin yaydığı məlumata görə, mayın 9-da saat 11.20 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub və bu zəmində hər iki şəxs arasında mübahisə baş verib.
DİN: Xudatda qanunsuz aksiya keçirməyə cəhd edənlər inzibati qaydada həbs ediliblər

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi Xudatda aksiyaya cəhdlə bağlı rəsmi məlumat yayıb.

Trend DİN mətbuat xidmətinin yaydığı məlumata görə, mayın 9-da saat 11.20 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub və bu zəmində hər iki şəxs arasında mübahisə baş verib. Məsələ Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsində araşdırılıb və öz qanuni həllini tapıb:

"Lakin bəzi radikal müxalifət partiyalarının yerli funksionerləri öz təhrikçi ənənələrinə sadiq qalaraq baş vermiş adi yol-nəqliyyat hadisəsini növbəti dəfə siyasiləşdirməyə, rayonda süni gərginlik və qarşıdurma yaratmağa cəhd göstəriblər. Onlar hadisə yerinə toplaşmış bir qrup yerli sakini yürüş keçirməyə, ictimai təhlükəsizliyi və hüquq qaydasını pozmağa sövq ediblər".

Məlumatda qeyd olunub ki, görülmüş tədbirlərlə qanunsuz aksiyaya cəhdin qarşısı alınıb, onun təşkilatçılarından bir neçəsi, o cümlədən Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, habelə rayon sakini Nüsrət Qarayev saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub. Adları çəkilən şəxslərin hər biri rayon məhkəməsi tərəfindən 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Nazirliyin məlumatında bildirilir ki, rayon hüquq-mühafizə orqanları tərəfindən bu qanunsuz aksiyaya cəhdin digər təhrikçilərinin və fəal iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti