Azərbaycan, Bakı, 14 may /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Paraqvay Prezidenti Luis Federiko Franko Qomesə təbrik məktubu ünvanlayıb.
"Paraqvay Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Paraqvay arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Luis Federiko Franko Qomesə möhkəm cansağlığı, işlərində uğurlar, dost Paraqvay xalqına əmin-amanlıq və firavanlıq diləyib.