...

Türkiyə Suriya üzərində uçuşsuz zonanın təmin edilməsini dəstəkləyir

Siyasət Materials 17 May 2013 23:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend/

Türkiyə Suriya üzərində uçuşsuz zonanın təmin edilməsini dəstəkləyir. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu haqda qərarın BMT TŞ-dən keçdiyini bildirib.

"Bu cür qərarı ABŞ və Türkiyə verə bilməz. Bu, BMT TŞ-dən keçməlidir" - deyə Ərdoğan vurğulayıb.

Suriya müxakifəti də qərb siyasətçilərini Suriya üzərində uçuşsuz zona yaratmağa çağırıb. Bununla müxalifət Suriya qırıcılarının hücumlarından qorunmağa çalışır.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri konqresmenlərlə görüşü zamanı deyib ki, Suriyada kimyəvi silahdan istifadəyə dair məlumatlar təsdiqini taparsa, bu ölkə üzərində uçuşsuz zona yaradılacaq.

Xəbər lenti

Xəbər lenti