...

Türkiyəli ekspert: Suriyanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik var

Siyasət Materials 20 May 2013 13:36 (UTC +04:00)
Suriyada Bəşşar Əsəddən sonra iqtidarda kimlərin olacağı, Qərbin müxalifət cəbhəsində kimə üstünlük verməsi barədə qeyri-müəyyənlik mövcuddur.
Türkiyəli ekspert: Suriyanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik var

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Suriyada Bəşşar Əsəddən sonra iqtidarda kimlərin olacağı, Qərbin müxalifət cəbhəsində kimə üstünlük verməsi barədə qeyri-müəyyənlik mövcuddur.

Bu barədə Trend-ə açıqlamasında Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) direktoru, vaxtilə Türkiyənin müxtəlif ölkələrdə səfiri olmuş diplomat Alev Kılıç bildirib.

Onun sözlərinə görə, Türkiyə cənubundakı ən uzun quru sərhədə malik Suriyadakı hadisələr bizi həm yaxından maraqlandırır, həm də təəssüfləndirir. Suriyada tezliklə sabitlik, əmin-amanlıq qurulmalıdır. Lakin hazırkı iqtidarla buna nail olmaq mümkün deyil. Ölkədə dərhal qanlı qarşıdurmalara son verilməli, yenidən siyasi sabitliyin Suriyadakı bütün insanların, azlıqların təmsil ediləcəyi yeni bir düzənin qurulması zamanı gəlmişdir, hətta keçməkdədir:

"Bəşşar Əsəddən sonra iqtidarda kimlərin olacağı, Qərbin müxalifət cəbhəsində kimə üstünlük verməsi barədə qeyri-müəyyənlik mövcuddur. Daha sonra nə olacaq? Bunu indidən söyləmək çox çətindir. Yalnız bunu söyləmək olar ki, hazırki düzənlə də davam etmək mümkün deyil".

Türkiyəli diplomatın fikrincə, qiyamçılar arasında müxtəlif silahlı qüvvələrin, o cümlədən başqa dövlətlərdən gələn silahlı qruplaşmaların olmasına baxmayaraq, ümumi məqsəd bu ölkədə hər kəsin bərabər şəkildə təmsil ediləcəyi demokratik bir düzən qurmaqdır:

"Suriyada Bəşşar Əsəd iqtidarına qarşı müxtəlif dövlətdən olan muzdlu döyüşçülərin və terror qruplarının olduğu doğrudur. Amma bu mücadiləyə öz damğasını vurmur. Bugünkü mübairzə demokratiya uğrunda mübarizədir. Bundan başqa məqsədlərlə yararlanmaq istəyənlər də ola bilər. Buna da təəccüblənmək lazım deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti