...

İranın vitse-spikeri prezidentliyə namizədliyini geri götürüb

Siyasət Materials 20 May 2013 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran parlamentinin I vitse-spikeri Məhəmməd Həsən Əbuturabi Fərd ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini geri götürüb. Bu barədə Trend bazar ertəsi "Mehr" agentliyinə istinadən məlumat verir.

Guya Əbuturabi Fərd parlamentin 200 deputatı tərəfindən imzalanmış məktub alıb və onlar məktubda Fərdin parlamentdə işini davam etdirməsini istəyiblər.

Əbdulturabi Fərd deputatlara təşəkkür edib və parlamentdə vitse-spiker vəzifəsində işini davam etdirmək arzusunda olduğunu deyib. O bu bəyanatından sonra perzidentliyə namizədliyini rəsmən geri götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti