...

Əli Həsənov: Jurnaslitlər və məmurlar qanunla təsbit olunmuş davranış normalarına əməl etməlidirllər

Siyasət Materials 22 May 2013 12:11 (UTC +04:00)
Jurnaslitlər və məmurlar qanunla təsbit olunmuş davranış normalarına əməl etməlidirllər.
Əli Həsənov: Jurnaslitlər və məmurlar qanunla təsbit olunmuş davranış normalarına əməl etməlidirllər

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət /

"Beynəlxalq qurumlar və yerli QHT-lər fərqli istiqamətlər üzrə fəaliyyət göstərirlər. Azərbaycanda fəaliyyət göstərən 3500-ə qədər QHT-lərdən 3-ü, 5-i bizim "Diffamasiya haqqında" Qanunla bağlı fəaliyyətimizi təqdir etmirsə və bunun əleyhinə çıxış edirsə, bəzi beynəlxalq qurumlar qəbul etdiyimiz və milli iradəyə söykənən bu məsələlərə etirazla yanaşırlarsa, bu da təbii haldır".

Trend-in məlumatına görə, bunu jurnalsitlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənovun fikrincə, əsas odur ki, beynəlxalq aləm qarşısında götürdüyümüz öhdəlik, söz, fikir azadlığının təmin olunması məhdudlaşdırılmasın, jurnlistlərin peşəkar fəaliyyəti artırılsın, Azərbaycan cəmiyyəti də bu əziyyətini çəkməsin:

"Bu işi biz görürük. Əlbəttə tərəfdarlarımız olduğu kimi opponentlərimiz də var. Bu da təbii haldır".

PA rəsmisi, eyni zamanda məmur və jurnalistləri qanunlara əməl etməyə çağırıb:

"Hər iki tərəf - istər jurnaslitlər, istərsə də məmurlar, hamının borcudur ki, qanunla təsbit olunmuş davranış normalarına əməl etsinlər. Biz məmurları da həmişə mətbuatla, QHT-lərlə əlaqələrdə bu normalara əməl etməyə çağırırıq, o cümlədən də jurnalistləri. Jurnalistlər daha çox sözlə işləyirlər. Onların fəaliyyəti qabarıq şəkildə özünü göstərdiyinə görə, sanki iradların jurnalistlərə yönəldiyi mənasına gəlinir. Əslində isə, belə deyil. Azərbaycan cəmiyyətində hər bir strukturun, qurumun və şəxsin öz məsuliyyəti və öhdəliyi var. Buna da hamı əməl etməlidir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti