...

ABŞ-ın Texas ştatının Nümayəndələr Palatası qətnamə qəbul edilib

Siyasət Materials 22 May 2013 21:38 (UTC +04:00)
Texas ştatının Nümayəndələr Palatasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş qətnamə qəbul edilib.
ABŞ-ın Texas ştatının Nümayəndələr Palatası qətnamə qəbul edilib

Azərbaycan, Bakı, 22 may /Trend/

ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş qətnamə qəbul edilib.

Trend-in məlumatına görə, qətnamədə Azərbaycan Demokratik Respublikasının qadınlara səsvermə hüququnu verən, çiçəklənən demokratik dövlət kimi 1920-ci il bolşevik çevrilişinə qədər mövcud olduğu, 1991-ci ildə isə yenidən müstəqilliyinin bərpa edildiyi bildirilir.

Eyni zamanda Azərbaycanın geosiyasi baxımdan vacib və mürəkkəb olan Avropa və Asiya arasında yerləşən regionda ABŞ-ın yaxın müttəfiqi olduğu, əhalisini əsasən müsəlmanlar təşkil edən Azərbaycanın dünyəvi demokratik dövlət olduğu və burada xristian və yəhudi icmalarının heç bir ayrı-seçkiliyə məruz qalmayaraq yaşadığı qeyd olunur. Azərbaycanın terrorçuluğa qarşı mübarizədə regionda ABŞ-ın ən mühüm müttəfiqi olduğunu və dünya enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyi vurğulanır.

Qətnamənin sonunda Texas Nümayəndələr palatası tərəfindən Azərbaycanın Respublika Gününün qeyd edildiyi və bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Respublikası və ABŞ arasında mövcud olan mühüm münasibətlərin alqışlandığı qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti