...

İlham Əliyev Argentina Prezidenti və İordaniya Kralını təbrik edib

Siyasət Materials 24 May 2013 18:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Argentina Prezidenti xanım Kristina Fernandes de Kirşnerə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Argentina Prezidenti və İordaniya Kralını təbrik edib

Azərbaycan, Bakı, 24 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Argentina Prezidenti xanım Kristina Fernandes de Kirşnerə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin inkişafı dostluq əlaqələrimizin daha da möhkəmlənməsi və əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açacaqdır".

İlham Əliyev Kristina Fernandes de Kirşnerə möhkəm cansağlığı, işlərində uğurlar, dost Argentina xalqına əmin-amanlıq və rifah arzulayıb.

Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseyni də təbrik edib.

Təbrikdə qeyd olunur: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-İordaniya dostluğu və əməkdaşlığının xoş ənənələrini daim yaşatmaq və inkişaf etdirmək üçün birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına sülh və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti