...

Ron Volters: Cənubi Qafqaz regionunun flaqmanı Azərbaycan ABŞ-ın xarici siyasətində böyük rol oynayır

Siyasət Materials 27 May 2013 20:04 (UTC +04:00)
Cənubi Qafqaz regionu və onun flaqmanı olan Azərbaycan ABŞ-ın xarici siyasətində böyük rol oynayır.
Ron Volters: Cənubi Qafqaz regionunun flaqmanı Azərbaycan ABŞ-ın xarici siyasətində böyük rol oynayır

Azərbaycan, Bakı, 27 may /Trend/

Cənubi Qafqaz regionu və onun flaqmanı olan Azərbaycan ABŞ-ın xarici siyasətində böyük rol oynayır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Qərbi Virciniyanın Deputatlar Palatasının nümayəndəsi Ron Volters deyib.

Volters bildirib: "Bu, sizin gözəl ölkənizə ilk səfərimdir. Mən son 20 ildə sizin ölkənizdə əldə edilən uğur və inkişafdan təsirlənmişəm. Siz heyranedici inkişafa nail olmusunuz və dünyada öz yerinizi tutmusunuz. Azərbaycan və ABŞ dost ölkələrdir və biz ölkəmiz üçün etdiyiniz hər şeyi qiymətləndiririk".

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr inkişaf edir.

Volters deyib: "Hər keçən gün ABŞ-da Azərbaycan haqqında daha çox bilirlər. Region Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol baxımından çox əhəmiyyətlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti