...

ABŞ Prezidenti FTB rəhbərliyinə Ceyms Kominin namizədliyini irəli sürüb

Siyasət Materials 31 May 2013 02:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

ABŞ Pprezidenti Barak Obama FTB rəhbərliyinə Ceyms Kominin namizədliyini irəli sürüb. Trend-in İnterfaks-a istinadən yaydığı xəbərdə deyilir ki, Komi Corc Buşun dövründə ədliyyə naziri və baş prokuror işləyib.

Məlumatda bildirilir ki, namizədin adı qeyri-qanuni olaraq telefonlara qulaq asmaq və ABŞ həbsxanalarında zor tətbiq etmək kimi böyük qalmaqallarda keçib.

Gözlənilir ki, onun namizədliyi təsdiqləndikdən sonra 52 yaşlı Komi 2001-ci ildən FTB-yə rəhbərlik edən Robert Mülleri əvəzləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti