...

Gido Vestervelle: Suriyaya silah tədarükü tamamilə səhv addımdır

Siyasət Materials 31 May 2013 23:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Almaniyanın xarici işlər naziri Gido Vestervelle bəyan edib ki, Rusiyanın Suriya rejiminə silah tədarük etməsi Suriya üzrə sülh konfransının keçirilməsini təhlükə altında qoya bilər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Royters" agentliyinə istinadən xəbər verir.

Vestervelle ABŞ dövlət katibi Con Kerri ilə birgə mətbuat konfransında bildirib: "Cenevrədə sülh konfransının keçirilməsini təhlükə altında qoymayın. Əsəd rejiminə silah tədarükü tamamilə səhv addımdır. Rusiyadan olan həmkarlarımız "S-300" raketləri və digər silahlar tədarük etməklə dünyaya və regiona yanlış siqnal verirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti