...

Vladimir Putin: Rusiya-Azərbaycan regionlararası Forumu yeni layihələrin gerçəkləşməsi üçün yaxşı start meydançası kimi xidmət edəcək

Siyasət Materials 7 İyun 2013 19:32 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin IV “Rusiya-Azərbaycan: regionlararası dialoq – 2013” Forumunun iştirakçılarına və qonaqlarına müraciət edib.
Vladimir Putin: Rusiya-Azərbaycan regionlararası Forumu yeni layihələrin gerçəkləşməsi üçün yaxşı start meydançası kimi xidmət edəcək

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin IV "Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013" Forumunun iştirakçılarına və qonaqlarına müraciət edib.

Müraciətdə deyilir: "Qəhrəman şəhər Volqoqradda keçirilən dördüncü "Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013" Forumunun iştirakçılarını və qonaqlarını salamlayıram. Sevindirici haldır ki, Rusiyanın və Azərbaycanın dövlət hakimiyyəti orqanlarının, işgüzar dairələrinin, ictimai təşkilatların, ekspertlərin və jurnalistlərin nümayəndələrini birləşdirən bu cür genişmiqyaslı tədbirlər keçirilməsi xeyirxah bir ənənəyə, hər iki ölkənin həyatında mühüm hadisəyə çevrilmişdir".

Putin qeyd edib ki, regionlararası əməkdaşlıq konstruktiv tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafının mühüm amilidir. Rusiya və Azərbaycan regionlarının fəal əlaqələri, onların energetika, nəqliyyat, təhsil, informasiya və kütləvi kommunikasiyalar sahələrində müştərək layihələr həyata keçirməsi milli iqtisadiyyatların potensialının daha tam üzə çıxarılmasına şərait yaradır. Bu cür əlaqələr həm də xalqlarımız arasında qarşılıqlı etimadın və anlaşmanın dərinləşməsi üçün çox vacibdir:

"Əminəm ki, Forum onun bütün iştirakçıları üçün çox faydalı olacaq, yeni perspektivli layihə və təşəbbüslərin gerçəkləşməsi üçün yaxşı start meydançası kimi xidmət edəcəkdir. Sizə uğurlu iş arzulayır və ən xoş diləklərimi bildirirəm".

Xəbər lenti

Xəbər lenti