Prezident İlham Əliyev və xanımı Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunun açılışda iştirak ediblər (FOTO)

Prezident İlham Əliyev və xanımı Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunun açılışda iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 7 iyun /Trend/

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun açılışında iştirak etmişlər.

Azərbaycanda muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçmişdir.

Ölkəmizdə yaradılan ilk muzeylərdən biri olan Azərbaycan Milli İncəsənət Muzeyi paytaxtın mərkəzində XIX əsrin sonlarında inşa edilən ikimərtəbəli binada yerləşir. Burada ölkəmizin incəsənətinə aid əsərlərdən ibarət ekspozisiya və muzey fondları, eləcə də Azərbaycanın, Qərbi Avropanın, Rusiyanın rəssam, heykəltəraş və digər incəsənət nümayəndələrinin əsərlərindən ibarət kolleksiyalar daim zənginləşir. Muzeydə ardıcıl olaraq elmi tədqiqat və elmi bərpa işləri aparılır, kamera musiqisi konsertləri, yubiley mərasimləri təşkil olunur.

Azərbaycanda muzey işinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli Sərəncamı milli mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılması işində mühüm keyfiyyət dəyişikliyinə təkan vermişdir. Respublikamızda muzey şəbəkəsinin inkişafı və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş edir.

Azərbaycan Milli İncəsənət Muzeyinin yeni inşa olunan keçid korpusu bu sahəyə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının növbəti əyani təzahürüdür.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına muzeyin yeni korpusu barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, yeni korpus Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə orijinal layihə əsasında inşa olunmuşdur. Əsaslı vəsait qoyuluşu hesabına tikinti işlərinə 2009-cu ildə başlanmışdır. İnşaat zamanı milli memarlıq ənənələri ilə müasir üslubun bir-birini üzvi şəkildə tamamlamasına xüsusi diqqət yetirilmişdir. Birinci mərtəbədəki fotostenddə tikintinin gedişi və inşaat işlərindən sonrakı vəziyyəti əks etdirən fotolar yerləşdirilmişdir.

Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunun mükəmməl layihə əsasında inşa olunması ölkəmizdə həyata keçirilən yenidənqurma işlərinin geniş miqyasını və keyfiyyətini göstərir. Burada milli memarlıq elementləri ilə yanaşı, beynəlxalq təcrübədən də geniş istifadə olunmuşdur. İşıqlandırma sistemi də müasirliyi ilə diqqəti cəlb edir. Foyedə nümayiş etdirilən qədim Şamaxının Xınıslı yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar zamanı tapılan, eramızın I-III əsrlərinə aid olan insan fiqurları Azərbaycanda heykəltəraşlığın çox qədim tarixə malik olduğunu sübut edir. Laçın rayonundan tapılan at formalı məzar daşı isə eramızın XVI əsrinə aiddir. Buradakı artköşk da muzeyə gələnlərin böyük marağına səbəb olacaqdır. Satış üçün nəzərdə tutulan, bir neçə dildə yazılan və müxtəlif mövzuları əhatə edən suvenir kitablar da maraq doğurur. Yeni korpusun metal fondunda qiymətli metallardan hazırlanmış müxtəlif incəsənət nümunələri saxlanır. Buradakı rəngkarlıq bölməsində Azərbaycan, Qərbi Avropa, Rusiya və Şərq rəssamlarının müxtəlif dövrlərə aid 3000-dən çox nəfis sənət incisi mühafizə olunur. Qrafika fondundakı sayı 6000-ə çatan yüksək sənət nümunələri də Azərbaycan, Qərbi Avropa və Rusiya rəssamlarına məxsusdur. Bu fondlarda Finlandiya istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır.

Yeni korpusun ikinci mərtəbəsində heykəltəraşlar Ömər Eldarov, Kamal Ələkbərov və Cəlal Qaryağdının bir sıra maraqlı əsərləri nümayiş etdirilir. Sərgi salonundakı eksponatlar da yüksək peşəkarlıq nümunələridir. Tanınmış heykəltəraşlar Fuad Əbdürrəhmanov, Mirəli Mirqasımov, Ömər Eldarov, Cəlal Qaryağdı, Tokay Məmmədov və Sobsay Pinxosun portret və digər janrlarda əsərləri tamaşaçıda dərin təəssürat yaradır. Korpusun tavanı təkrarsız görkəmi ilə diqqəti cəlb edir. Yeni korpusda təbii işıqlandırma sistemi yaradılmışdır. 70-80 nəfərlik akt salonunda da istənilən tədbirin keçirilməsi üçün hərtərəfli şərait vardır. Burada ən müasir proyeksiya avadanlığı da quraşdırılmışdır.

Dövlətimizin başçısı və xanımına muzeyin ekspozisiyasının müxtəlif bölmələrində yerləşən eksponatlar barədə məlumat verildi. Muzeydə dünya bədii irsində görkəmli yerlərdən birini tutan Azərbaycan incəsənəti zəngin kolleksiya ilə təmsil olunmuşdur. Qobustanın qayaüstü rəsmləri, Mingəçevirin zoomorf qabları, milli miniatür rəssamlıq əsərləri, çeşidli, bənzərsiz xalçalar, keramika və bədii metal nümunələri Azərbaycan incəsənətinin qədimliyinin və misilsiz bədii dəyərinin əyani sübutudur. Buradakı daş kitabələrin hər biri qədim tariximizin öyrənilməsi baxımından tutarlı mənbədir. Muzeydəki orta əsrlərə aid dekorativ incəsənət nümunələri də böyük maraq doğurur. Vaxtilə Bakı, Gəncə, Şamaxı, Şəki tacirlərinin Qərbi Avropa bazarlarına çıxardıqları iri xalça dəstləri geniş şöhrət qazanmışdı. Ənənəvi olaraq Azərbaycanda xovlu və xovsuz xalçalar - kilim, palaz, vərni, zili, sumax və sair toxunurdu. Muzeydə bədii tikmələr, ağac üzərində oymalar, zərgərlik nümunələri, misgərlərin döymə, həndəsi və nəbati naxışlarla bəzədikləri metal məmulatları və digər çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir. Azərbaycanın müxtəlif regionlarına aid tikmələrlə bəzədilən geyimlərə də muzeyin ekspozisiyasında geniş yer verilmişdir. Azərbaycan döyüşçülərinin geyimləri də böyük maraq doğurur. Burada təsviri sənət nümunələri də geniş yer almışdır.

Muzeydə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə sərgi təşkil olunmuşdur. Ümummilli Liderin 1998-ci ildə yaradılan əzəmətli portreti diqqəti xüsusi çəkir. Ulu öndərin Azərbaycanın mədəniyyəti, incəsənətinə hərtərəfli diqqət və qayğısını əks etdirən eksponatlar da böyük maraq doğurur.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Səttar Bəhlulzadə, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Xalidə Səfərova, Baba Əliyev, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Tahir Salahov və digər görkəmli rəssamların kətan üzərində yağlı boya ilə çəkdikləri rəsm əsərlərinə baxdılar. Muzeyin ekspozisiyasının buradakı bölmələrində Azərbaycan ilə yanaşı, Qərbi Avropa və Rusiyanın tanınmış rəssam və heykəltəraşlarının müxtəlif əsərləri də yer almışdır.

Bu il Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9 ünvanında yerləşən digər korpusunda əsaslı yenidənqurma, təmir və bərpa işlərinə başlanacaqdır.

Yeni korpusla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi və muzeyin kollektivinə uğurlar arzuladı.

Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Loading Bars
Xəbər lenti
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
Bütün xəbərlər