...

ABŞ və Çin kibertəhlükəsizlik üzrə ümumi yanaşma axtarırlar

Siyasət Materials 9 İyun 2013 07:31 (UTC +04:00)
ABŞ və Çinə kibertəhlükəsizlik sahəsində qaydaları və ümumi yanaşmaları işləyib hazırlamaq lazımdır.
ABŞ və Çin kibertəhlükəsizlik üzrə ümumi yanaşma axtarırlar

Azərbaycan, Bakı, 9 iyun /Trend/

ABŞ və Çinə kibertəhlükəsizlik sahəsində qaydaları və ümumi yanaşmaları işləyib hazırlamaq lazımdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Barak Obama Kaliforniyada Çin Xalq Respublikasının sədri Si Tszinpinlə danışıqlardan sonra deyib.

Obama bildirib: "Biz qəbul edirik ki, texnologiyaların sürətli inkişafı səbəbindən həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə kibertəhlükəsizlik sferası və bu sahədə qaydalar və ümumi yanaşmaların zəruriliyi olduqca vacibdir".

Öz növbəsində, ÇXR sədri qeyd edib ki, KİV-lərdə kibertəhlükəsizlik mövzusunun belə işıqlandırılması, bu təhlükənin Çindən gəlməsi və Çin-ABŞ münasibətlərində əsas problem olması barədə yayılan məlumatlar təəssüf doğurur: "Çin də kiberhücumların hədəflərindən biridir".

Xəbər lenti

Xəbər lenti