...

Prezident İlham Əliyev Mərakeşin islam işləri və vəqflər naziri Əhməd Toufiqi qəbul edib

Siyasət Materials 10 İyun 2013 18:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Mərakeş Krallığının islam işləri və vəqflər naziri Əhməd Toufiqi qəbul etmişdir.
Prezident İlham Əliyev Mərakeşin islam işləri və vəqflər naziri Əhməd Toufiqi qəbul edib

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Mərakeş Krallığının islam işləri və vəqflər naziri Əhməd Toufiqi qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Mərakeş Krallığı arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Siyasi əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək vermələrinin önəmini qeyd etdi. Əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Mərakeş Krallığının islam işləri və vəqflər naziri Əhməd Toufiqin ölkəmizə səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirdi.

Qonaq Mərakeş Kralı VI Məhəmmədin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, turizm, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Mərakeş kralı VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti