...

AŞ PA həmməruzəçilərinin Azərbaycan üzrə hesabatı iki ildən sonra hazır olacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 İyun 2013 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir S.Əhmədova/

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycan üzrə hesabatı iki ildən sonra hazır olacaq.

Trend-in məlumatına görə, bu gün həmməruzəçilər Cozef Debono Qrex və Pedro Aqramunt Azərbaycana səfərlərinin yekunlarına dair mətbuat konfransı keçiriblər.

P.Aqramunt qeyd edib ki, onların cari səfərində məqsəd Azərbaycan üzrə ikinci hesabatın hazırlanması olub.

Onun sözlərinə görə, hesabat iki ildən sonra hazır olacaq: "Azərbaycan hakimiyyəti bizim bütün tövsiyələrimizə açıqdır".

Bundan əvvəlki hesabat bu ilin yanvar ayında 197 səs lehinə, 13 səs əleyhinə olmaqla qəbul edilib.

Həmməruzəçilər hakimiyyəti bəzi jurnalistlərə təzyiq göstərilməsi ilə əlaqədar halları araşdırmağa, fikir azadlığının təmin olunmasına, həmçinin Bakıda seçki nümayişlərinin keçirilməsi üçün yerlərin ayrılması ilə bağlı kompromis tapmağa çağırıblar.

AŞ PA həmməruzəçiləri bildiriblər ki, səfər çərçivəsində ölkə Prezidenti, daxili işlər və ədliyyə nazirləri, Baş prokuror, Ali Məhkəmənin sədri, həmçinin müxalifət partiyaları və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçiriblər.

Həmməruzəçilər "Real" Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu ilə də görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti