...

AKP tərəfdarları mitinq keçirir

Siyasət Materials 15 İyun 2013 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyun / Trend /

AKP-nin Ankara şöbəsinin təşkilatçılığı ilə "Bu oyunu pozmağa, tarix yazmağa" şüarı ilə keçirilən mitinqin hazırlıq işləri başa çatıb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, "Milli iradəyə sayğı mitinqi"nə gələn 100 minlərlə insan polis yoxlamalarından sonra Sincan bazar yerinə toplaşırlar.

Məlumatda deyilir ki, mitinq iştirakçılarına AKP nümayəndələri tərəfindən Türkiyə və partiyanın bayraqları verilib.

Əskişəhər, Konya, Kırıkkala, Yozqat, Çorum və digər illərdən gəlmiş insanlarla yanaşı, mitinqdə başda Ankaragücü olmaqla 3 böyük komandanın tərəfdarları da iştirak edir.

Mitinqlə bağlı polis güclü mühafizə sistemi yaradıb, 1 helikopter havadan müşahidələr aparır. Hətta, binaların damlarında polislərin olması da diqqətdən yayınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti