...

Rövnəq Abdullayev: Azərbaycan qazının Avropaya nəqlində ciddi addım atılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 İyun 2013 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir S.Əliyev/

Azərbaycan qazının Avropaya nəqlində ciddi addım atılıb.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib:

"Bu Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Azərbaycanın rolu bu yaxınlarda Brüsseldə bir daha təsdiqləndi".

Abdullayevin sözlərinə görə, Avropa qaz ixracı üçün ciddi bazardır. Azərbaycan qazının Avropaya nəqli marşrutunun seçimi üzrə qəbul edilən qərar yeni bazara ilk çıxış yolu oldu. Lakin TAP-ın seçimi ilə hər şey məhdudlaşmır.

Abdullayev vurğulayıb: "Şahdəniz" konsorsiumu Bolqarıstana qaz nəql olunması imkanları üzərində işləyir. O cümlədən, Avropada vacib interkonnektorlara da baxılır. "Şahdəniz" yatağından başqa biz ikinci dalğanı, məsələn, "Azəri-Çıraq-Günəşli" yatağı blokunun dərin laylarındakı qazı və "Şəfəq-Asiman" perspektivli blokundan qazı da görürük. [...] Qaz imkanları artırılandan sonra biz "Nabucco" layihəsinin reallaşdırılmasının şahidi olacağıq. TAP qaz boru kəməri ilə hər şey məhdudlaşmır. Bizə hələ yeni ixrac marşrutları lazım olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti