...

İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Siyasət Materials 28 İyun 2013 18:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Monqolustanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik".

İlham Əliyev Saxiaqiyn Elbeqdorja möhkəm cansağlığı, xoşbəxtlik, dost Monqolustan xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti