...

Avropa Komissiyasının üzvü: Azərbaycandan Avropaya qazın nəqlində TAP-ın seçilməsi tarixi bir qərardır

Siyasət Materials 1 İyul 2013 12:33 (UTC +04:00)
Bir neçə gün əvvəl Azərbaycandan çoxdan gözlənilən xəbərləri aldıq: "Şahdəniz 2" qaz-kondensat yatağını istismar edən şirkətlər - "Şahdəniz" konsorsiumu qazı Azərbaycandan Avropaya çatdıran boru kəmərini seçməyi qərara alıb. TAP, yəni Trans-Adriatik Boru Kəməri yataqdan gələn qazın Avropada paylanması üçün boru kəməri olaraq seçilib. Xəzəryanı ölkədən iri həcmdə qazın Avropaya gətirilməsinə işarə etdiyi üçün bu, tarixi bir qərardır. Avropa üçün isə bu, 2020-ci ilədək ildə 10 milyard kub metr təbii qaz deməkdir.
Avropa Komissiyasının üzvü: Azərbaycandan Avropaya qazın nəqlində TAP-ın seçilməsi tarixi bir qərardır

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İzzət/

Bir neçə gün əvvəl Azərbaycandan çoxdan gözlənilən xəbərləri aldıq: "Şahdəniz 2" qaz-kondensat yatağını istismar edən şirkətlər - "Şahdəniz" konsorsiumu qazı Azərbaycandan Avropaya çatdıran boru kəmərini seçməyi qərara alıb. TAP, yəni Trans-Adriatik Boru Kəməri yataqdan gələn qazın Avropada paylanması üçün boru kəməri olaraq seçilib. Xəzəryanı ölkədən iri həcmdə qazın Avropaya gətirilməsinə işarə etdiyi üçün bu, tarixi bir qərardır. Avropa üçün isə bu, 2020-ci ilədək ildə 10 milyard kub metr təbii qaz deməkdir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter H. Oettinger deyib.

Onun sözlərinə görə, 2009-cu ildə qaz təchizatı ilə bağlı baş vermiş Ukrayna böhranından (və ondan əvvəl 2006-cı ildə baş verən böhrandan) sonra Avropa İttifaqı öz qaz təchizatını şaxələndirməyə çalışıb. Bu, marşrutların, mənbələrin və tərəf müqabillərin şaxələndirilməsi deməkdir:

"Daha çox tərəfdaşla danışıqlar aparmaq gələcəkdə qaz təchizatının kəsilməməsi və Avropa iqtisadiyyatının rəqabətliliyini saxlamaq üçün zəruri olan qaz təchizatlarının təmin edilməsi baxımından Avropanın şansını artıracaq. Azərbaycan bu prosesdə qapıları açan tərəfdir."

Oettinger bildirib ki, Cənub Qaz Dəhlizində bundan başqa Aİ-nı Türkiyə, Şərqi Aralıq regionu, İraq, Azərbaycan və digər ölkələrlə birləşdirən əsas mənbələr var:

"Real strateji nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə birgə Avropa sərhədinədək TANAP adlanan və genişlənə bilən iri boru kəmərinin tikilməsi üçün öhdəlik götürüb. Bu kəmər ilkin olaraq qazı "Şahdəniz 2"dən və nəhayət, Azərbaycandakı digər yataqlardan Avropa bazarına çatdıracaq. Bu gün gördüklərimiz sadəcə bir başlanğıcdır. Birinci olaraq TAP-ın tikintisinə və sonradan daha çox qazın daşınmasına dair verilən qərar ondan xəbər verir ki, Avstriyaya marşrut - hazırda "Nabucco West" hələ də aktualdır. Məsələ bu və ya digər boru kəmərinin olmasında deyil, orta müddətdə onların hər ikisinə ehtiyac vardır. Bir məsələ dəyişməz qalır: 2020-ci ildə bizim qaza olan ehtiyacımız artacaq, Xəzərin qazı bu ehtiyaca yaxşı bir cavabdır."

Onun fikrincə, TAP və Nabucco arasında seçimdən daha əhəmiyyətlisi Cənub Qaz Dəhlizinin açılmasıdır. Səmərəli və funksional daxili enerji bazarı, zəruri infrastruktur və geri axınla qaz Aİ-na daxil olduqdan sonra daxili enerji bazarı ilə Avropanın istənilən yerinə daşına biləcək. Avropa Komissiyası tərəfindən qorunan qarşılıqlı əlaqələr qazın üzv dövlətlərə çatdırılmasını təmin edəcək ki, Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələrdə bir və ya bir neçə təchizatçı var.

Bu baxımdan Avropa Komissiyası son illərdə çalışıb. Bizim əsas prioritetimiz ən zəif ölkələrlə işə başlamaqdır. Məsələn, Bolqarıstanla bağlı Avropa öz enerji təhlükəsizliyi üçün zəruri olan enerji sahəsində uzunmüddətli strateji qərarların alınmasında hökumətə yardım etmək üçün daha çox işləməlidir. Serbiya və Bolqarıstan arasında bağlantının qurulması üçün də komissiya bu iki ölkə ilə işləyir, indi Rumıniya Macarıstan və Bolqarıstana qoşulub. Komissiyanın rəhbərlik etdiyi Şimal-Cənub təşəbbüsü Cənub-qərb və Mərkəzi Avropada daxili bağlantılar şəbəkəsini quracaq bir çox kiçik daxili birləşdirici xətlər yerləşdirmişdir. Ancaq Cənubi Avropaya rəqabətcil qiymətlər gətirmək üçün yenə də çox iş görülməlidir.

Şərqi Aralıq dənizi regionunda resursların dərindən inkişaf etdirilməsini görmək istədiyini deyən Avropa Komissiyasının üzvü hesab edir ki, Kipr hökumətinin adada Mayeləşdirilmiş Təbii Qaz (MTQ) ixrac mexanizmini inkişaf etdirmək cəhdləri bu təşəbbüsün bir hissəsidir. Bizə Yunanıstandan Ukraynayadək çevik liberallaşdırılmış boru kəməri sistemi lazımdır.

"Və Azərbaycanın bu işdə marağı nədir? Azərbaycan Avropanın təhlükəsiz variant olduğundan xəbərdardır ki, əksər hallarda bir çox yerlərdə bu, nəzərə alınmır. Avropa qaydaları sabitdir, gəlirlər daimi və dəyərlidir. Azərbaycan öz gələcəyini Avropaya bağlayır".

Günter H. Oettinger əlavə edib ki, "Avropa üçün "Şahdəniz" konsorsiumunun qərarı gələcək baxımından, Avropanın enerji təchizatlarının təminatı baxımından əsl sıçrayış oldu. Qlobal enerji bazarlarının mövcud olduğu və ehiyatlar üçün rəqabətin artdığı bir dünyada biz Avropanın enerji maraqlarını təşviq etməyə və əsas təchizatçı ölkələrlə dərin tərəfdaşlıqlar qurmağa davam edəcəyik. İnanırıq ki, bizim cəhdlərimiz nəticəsində Avropanın ev təsərrüfatları və iş dairələri enerji təchizatı ilə təmin olunacaq və Avropanın rəqabətliliyi artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti