...

Müsavat Partiyasından Rüstəm İbrahimbəyovun fikrinə etiraz gəldi

Siyasət Materials 3 İyul 2013 11:47 (UTC +04:00)
Rüstəm İbrahimbəyovun mətbuata müsahibəsində işlətdiyi ifadələr Müsavat Partiyası tərəfindən birmənalı qarşılanmayıb.
Müsavat Partiyasından Rüstəm İbrahimbəyovun fikrinə etiraz gəldi

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.Mehdiyev/

Rüstəm İbrahimbəyovun mətbuata müsahibəsində işlətdiyi ifadələr Müsavat Partiyası tərəfindən birmənalı qarşılanmayıb.

Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy Trend-ə aşıqlamasında Rüstəm İbrahimbəyovun işlətdiyi ifadələri yerinə düşmüş hesab etmir: "Rüstəm İbrahimbəyov mətbuata müsahibəsində bəzi cümlələr işlədib. Bu danşıq tərzi mənim özüm üçün də bir az qaranlıqdır. Misal üçün, Rüstəm İbrahimbəyov deyir ki, "kim tələb edir ki, mən Bakıya gəlim, o təxribatçıdır", "onların ağzından vurmaq lazımdır". Əslinə qalsa bu tərz, bu dil peşəkar bir yazar tərəfindən deyilirsə, mən bunu yerinə düşmüş ifadə saymıram".

Əlisoy bildirib ki, Müsavat Partiyası da Milli Şuranın üzvüdür və Müsavat Partiyasının istənilən bir üzvü və yaxud da Milli Şuranın istənilən bir üzvü deyə bilər ki, Milli Şuranın vahid namizədi Azərbaycanda olmalıdır, Azərbaycana gəlsin: "Burada mən təxribatçı gediş, çağırış görmürəm. Çünki mən dəfələrlə demişəm, söhbət Azərbaycan Respublikasının prezidentliyinə namizəddən gedir. Söhbət hər hansı bir məhdud məsuliyyətli cəmiyyətin və yaxud da assosasiyanın yaranmasından getmir ki, orada iştirak etməmək də olar".

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın çərşənbə axşamı keçirilən iclasında bildirib ki, Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi olmasının müsbət tərəfləri ilə yanaşı riskləri də var. Bunlardan biri də Rüstəm İbrahimbəyovun Azərbaycana dönməsidir. İsa Qəmbər Rüstəm İbrahimbəyovun özünün dediyi kimi iyulun axırında Azərbaycana dönəcəyinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti