...

İranda hava hücumundan müdafiə üzrə hərbi təlimlər keçiriləcək

Siyasət Materials 3 İyul 2013 16:27 (UTC +04:00)
İranda "Vilayət səmasının müdafiəçiləri - 5" hava hücumundan müdafiə (HHM) təlimləri cari ilin ikinci yarısında (İranda il martın 21-də dəyişir) keçiriləcək.
İranda hava hücumundan müdafiə üzrə hərbi təlimlər keçiriləcək

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir T.Cəfərov/

İranda "Vilayət səmasının müdafiəçiləri - 5" hava hücumundan müdafiə (HHM) təlimləri cari ilin ikinci yarısında (İranda il martın 21-də dəyişir) keçiriləcək. Trend-in "Tasnimnews" xəbər saytına istinadən verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı general Fərzad İsmaili deyib.

Onun sözlərinə görə, "Vilayət səmasının müdafiəçiləri - 5" ötən ilin noyabr ayında eyni adda keçirilən hərbi təlimlərdən daha geniş miqyasda təşkil olunacaq: "Və burada hava hücumundan müdafiə sahəsində ən son nailiyyətlərimiz sınaqdan keçiriləcək".

İsmaili deyib ki, yeni nəsil "Hazem-3" pilotsuz təyyarəsi də bu təlimlərdə iştirak edəcək.

İranda son illər ərzində "Vilayət səmasının müdafiəçiləri" adlı HHM qüvvələrinin irimiqyaslı təlimləri keçirilir. İndiyədək dörd belə hərbi təlim İranın müxtəlif bölgələrində təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti