...

Gürcüstanda prezident seçkilərində 3,5 milyondan çox seçici qeydə alınıb

Siyasət Materials 7 İyul 2013 17:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 7 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda 2013-cü il prezident seçkilərinə seçicilərin sayı 3 537 249 nəfər təşkil edir. Trend-in məlumatına görə, dairələr üzrə seçici sayı barədə informasiyanı Mərkəzi Seçki Komissiyası təqdim edib.

Ümumilikdə Gürcüstanda 84 seçki dairəsi var ki, onlardan 10-u Tbilisidədir.

Tbilisidə ən çox seçici (140 304 nəfər) Samqori seçki dairəsində, ən az isə (43 831) Krtsanisi seçki dairəsində qeydə alınıb.

Ölkədə ən çox seçici (158 502) Kutaisi seçki dairəsində, ən az isə Kazneqi rayonunda (5 776) qeydə alınıb.

Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti