...

İsrail ABŞ-dan əvvəl İrana qarşı fəaliyyət göstərəcəyini istisna etmir

Siyasət Materials 15 İyul 2013 05:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ televiziyasına müsahibəsində İrana nüvə silahı əldə etmək imkanı verməmək üçün ölkəsinin sərbəst addım atacağını istisna etməyib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

O, xəbərdarlıq edib ki, İranın yeni Prezidenti Həsən Ruhani nüvə layihəsindən imtina etməyəcək. Baş nazir dünya ictimaiyyətini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

B.Netanyahu qeyd edib: "İranın yeni Prezidenti sələfini "canavar dərisində canavar" olmaqda tənqid edir. Onun strategiyası isə "qoyun dərisində canavar" olmaqdır: gülümsəmək və bomba quraşdırmaq".

Baş nazir bildirib ki, bizim saatlarımızın ərqəbi fərqli sürətlə hərəkət edir: "Biz İrana daha yaxınıq, nəinki ABŞ. Buna görə də biz ABŞ-dan da əvvəl İranı dayandırmaq məsələsini həll etməliyik. Mən İsrailin Baş naziri kimi öz ölkəmin bizi məhv etməklə hədələyən rejimdən müdafiəsi üçün hər şey etməyə hazıram".

O, İrana hücum edib-etməməklə bağlı qərarın nə vaxt qəbul olunacağı barədə sualı belə cavablandırıb: "Mən çox gözləyə bilmərəm, çünki sonra çox gec ola bilər".

Xəbər lenti

Xəbər lenti