Prezident İlham Əliyev: İdmanın inkişafı Azərbaycanda sürətlidir, hərtərəflidir (FOTO)

Prezident İlham Əliyev: İdmanın inkişafı Azərbaycanda sürətlidir, hərtərəflidir (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xaçmaz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, bu, ölkədə istifadəyə verilən sayca 38-ci Olimpiya İdman Kompleksidir.

Kompleksin tikintisinə 2010-cu ilin sonunda başlanılıb. Tikinti işlərinin ən yüksək səviyyədə aparıldığı binanın inşası üçün 6 hektar torpaq sahəsi ayrılıb. Həyətində geniş abadlıq-quruculuq işləri görülmüş kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksin həyətində 1020 tamaşaçı yeri olan stadion, mini-futbol, basketbol meydançaları inşa edilib. Azərbaycanda Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyət göstərir.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi diqqət və qayğını, eləcə də sovet dövründə və müstəqillik illərində Xaçmaza səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da böyük maraq doğurur.

Prezident İlham Əliyev kompleksin üzgüçülük hovuzu ilə tanış oldu. Qeyd edildi ki, burada uzunluğu 25 metr olan və ən müasir səviyyədə qurulan hovuz böyüklər, uzunluğu 10 metr olan üzgüçülük hovuzu isə balacalar üçün nəzərdə tutulub. Hovuzlarda xüsusi nəmalma qurğusu da quraşdırılıb. Kompleksdəki yeməkxana da müasir səviyyədədir.

Bildirildi ki, kompleksin idman zalı 750 yerlikdir. Zalda idmançıların mini-futbol, voleybol və basketbolla məşğul olmaları üçün hər cür şərait var. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaq. Kompleksdəki güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun qurulub. Müasir idman qurğuları ilə təchiz edilmiş aerobika və trenajor zalları da idmançıların ixtiyarına verilib.

Kompleksdə iki nəfərlik 18 və ikiotaqlı üç lüks nömrənin olduğu mehmanxana da var. Mehmanxanada idmançıların və qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Xaçmaz ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi: "Sizi yenidən görməyimə çox şadam. Bildiyiniz kimi, mən Xaçmaz rayonunda dəfələrlə olmuşam. Son illər ərzində bu, mənim Prezident kimi altıncı səfərimdir və hər dəfə burada olanda çox sevinirəm ki, Xaçmazda işlər çox yaxşı gedir.

Şəhər gözəlləşir, abadlaşır, böyük işlər görülür, gözəl binalar tikilir. Onların içində də bu möhtəşəm Olimpiya İdman Kompleksi də əlbəttə ki, öz yerini tutacaqdır. Şadam ki, bu kompleks çox böyük imkanlara malikdir. Burada həm idmançılar, həm də ki, rayon sakinləri də öz vaxtlarını keçirə bilərlər.

Əlbəttə ki, Azərbaycanda idmanın inkişafı sürətlə gedir və belə komplekslərin yaradılması əslində idmanın kütləviliyini də təmin edir. Ancaq, eyni zamanda, adi vətəndaşlar da idmanla məşğul olmalıdırlar. Çünki idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. Belə komplekslərin tikilməsi bu imkanları da yaradır. Burada üzgüçülük hovuzları, açıq meydançalar, idman zalları, trenajor zalları vardır. Yəni, gənclər, uşaqlar, yeniyetmələr, yaşlı nəsil də istifadə etməlidir.

Xaçmazda böyük Olimpiya kompleksinin tikilməsi lazım idi. Çünki artıq başqa şəhərlərdə komplekslər vardır və bu, sayca 38-cidir. Bu, onu göstərir ki, indi ölkəmizin bütün bölgələrində idmanla məşğul olmaq üçün yaxşı imkanlar vardır. İdmançılarımız da bizi sevindirirlər. Bu yaxınlarda universiadada idmançılarımız çox böyük uğurlara imza atıblar - 15-ci yerə layiq görülüblər, 16 medal qazanmışıq və Avropa ölkələri arasında 9-cu, müsəlman ölkələri arasında isə 1-ciyik. Keçən il London Yay Olimpiya Oyunlarında idmançılarımız tarixi qələbə qazanmışlar. Yəni, idmanın inkişafı Azərbaycanda sürətlidir, hərtərəflidir və indi dünyada Azərbaycan idman ölkəsi kimi tanınır.

Əlbəttə, idmanın kütləviliyini təmin etmək, gənc, peşəkar kadrları hazırlamaq üçün belə imkanlar lazımdır. Bu kompleks ən yüksək dünya standartlarına cavab verir və burada idmanla məşğul olmaq üçün bütün şərait vardır, bir də ki, Xaçmaz şəhərinə yaraşıq verir. Keçən dəfə burada, bu ətrafda olarkən görürdüm ki, burada quruculuq işləri aparılır, parklar salınır. Xaçmaz indi parklar şəhəridir. Gözəl abidələr tikilir, bu gün biz Tarix-Diyarşünaslıq Muzeyinin açılışını qeyd etdik. Çox möhtəşəm binadır, memarlıq baxımından çox gözəldir və daxili tərtibatı da çox yaxşıdır. Deyə bilərəm ki, rayonlarımızda mövcud olan tarix-diyarşünaslıq muzeyləri arasında bunun xüsusi yeri var, bəlkə də ən böyüyüdür və ən gözəlidir desəm, səhv etmərəm.

Bu gün, eyni zamanda, sahibkarlığa dəstək üçün Regional İnkişaf Mərkəzi açılır. Buna da böyük ehtiyac vardır. Təsadüfi deyil ki, bu mərkəz məhz Xaçmazda yaradılmışdır. Çünki Xaçmaz bu zonanın ən böyük rayonudur, böyük imkanları var, o cümlədən sahibkarlığın inkişafı üçün böyük imkanlar var və Regional İnkişaf Mərkəzi də bu zonada biznes imkanlarını artıracaqdır. Buna da böyük ehtiyac vardır. Çünki ölkə iqtisadiyyatı bundan sonra daha çox sahibkarlığın fəaliyyətindən asılı olacaqdır.

Dünən Nazirlər Kabinetinin növbəti toplantısında ilin altı ayının yekunlarına baxaraq bir daha gördük ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, qeyri-neft sektoru inkişaf edir, sahibkarlıq inkişaf edir və bölgələrin inkişafı da artıq reallıqdır. Biz bunu Xaçmazın timsalında görürük. Çünki əvvəlki dövrlərlə müqayisədə böyük inkişaf, böyük irəliləyiş var, sosial obyektlər tikilir. Keçən dəfə burada olarkən biz Mərkəzi Xəstəxananın təmirdən sonra açılışını qeyd edirdik.

Bundan əvvəlki dövrlərdə digər açılışlar olmuşdur. Yadımdadır ilk modul tipli elektrik stansiyasını biz Xaçmazda yaratdıq. Yəni, infrastruktur layihələri icra edilir. İndi qazlaşdırma prosesi sürətlə gedir. Rayonun demək olar ki, əksər məntəqələri qazlaşdırılıbdır. İçməli su layihəsinin icrasına başlanmışdır. Artıq işlər gedir. Yəqin ki, gələn il, bəlkə də 2015-ci ildə Xaçmazın içməli su problemi tamamilə həll olunacaqdır, 24 saat ərzində təmiz içməli su veriləcəkdir.

İnfrastruktur layihələrinin icrası bütövlükdə ölkə qarşısında duran əsas vəzifələrdir. Hər rayon üzrə xüsusi proqramlar mövcuddur. Biz bütün işləri planlı şəkildə aparırıq. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində gözəl nəticələri də görürük. Nəticələr göz qabağındadır. Tikilən binalar, salınan parklar, açılan yollar, çəkilən qaz, su xətləri. Azərbaycanın inkişafı bu istiqamətdə gedir. Şadam ki, Xaçmaz kimi böyük rayonda bu işlər yüksək səviyyədə aparılır.

Gələcək illərdə görüləcək işlərlə bağlı bizim konkret fikirlərimiz vardır. Gələn ilin əvvəlində üçüncü regional inkişaf proqramı qəbul ediləcəkdir. Düzdür, iki proqramın icrası nəticəsində bölgələrdə mövcud olan problemlərin böyük əksəriyyəti öz həllini tapmışdır. Xüsusilə infrastruktur layihələri. Ancaq hələ görüləsi işlər çoxdur.

Xüsusilə kənd yollarının tikintisi, yəqin ki, növbəti beş il üçün prioritet olacaqdır. Məktəb tikintisi sürətlə getmişdir. Ancaq hələ də qəzalı, yararsız vəziyyətdə olan məktəblər vardır. Bu məsələ də əlbəttə ki, növbəti beş ildə öz həllimi tam tapmalıdır. Tibb müəssisələrinin yaradılması, təmiri ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Yəni, həyat yerində durmur. Biz bir çox məsələləri həll etdik. Ancaq hələ ki, həllini gözləyən məsələlər vardır. Biz bunları tədricən, ardıcıllıqla həll edəcəyik. Ölkəmizin dinamik inkişafını gələcəkdə də təmin edəcəyik.

Sakinlər: Çox sağ olun!".

Rayon ictimaiyyəti və idmançıları adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Xaçmaz sakini Nəriman Babayev dedi: "Möhtərəm cənab Prezident, Xaçmaza xoş gəlmisiniz. Şadam ki, mənə ikinci dəfədir Sizin qarşınızda çıxış etmək nəsib olur. İlk dəfə 2005-ci ildə rayonumuzda idman məktəbinin açılışında çıxış etmişdim. O vaxt belə bir kompleksin tikintisi barədə arzumuzu Sizə çatdırdıq. Siz isə bu gün həmin arzularımızı gerçəkləşdirdiniz. Bu kompleks bütün xaçmazlılar üçün böyük bir hədiyyədir, olduqca əlamətdar bir hadisədir. Buna görə Sizə xaçmazlıların çox böyük təşəkkürünü və minnətdarlığını çatdırıram, cənab Prezident. Eşq olsun Sizə!

Möhtərəm cənab Prezident, son on ildə Azərbaycan sürətlə inkişaf edərək dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın hərtərəfli inkişafını bütün dünya etiraf edir. Bu inkişaf idmandan da yan keçməmişdir. Ona görə də Azərbaycan bütün dünyada idman dövləti kimi tanınır. Azərbaycanın idman nailiyyətləri bütün dünyaya yaxşı bəllidir. Son günlər Rusiyanın Kazan şəhərində tələbələr arasında keçirilən 27-ci yay universiadasında idmançılarımızın uğurlu qələbəsi buna əyani sübutdur.

Cənab Prezident, Siz respublikamızda idmanın kütləviliyini təmin edirsiniz. Bununla da ölkədə tam sağlam nəsil formalaşdırırsınız. İndi elə bir rayon, elə bir şəhərimiz yoxdur ki, orada Olimpiya mərkəzi, yaxud idman kompleksi olmasın. Bu gün açılışını etdiyiniz möhtəşəm Xaçmaz idman kompleksi sayca 38-cidir. Ona görə biz bütün xalqımız adından Sizə böyük təşəkkür edirik. İndi biz səbirsizliklə 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini gözləyirik. Bu oyunların ölkəmizdə keçirilməsi Sizin əməyinizin nəticəsidir. Bu oyunlar ölkəmizin tarixində böyük hadisədir, böyük uğurdur. Bir daha Sizə minnətdarlığımızı bildiririk. Bu oyunların keçirilməsində Azərbaycan xalqı da öz sözünü deyəcəkdir. Mehriban xanım Əliyevanın bu oyunların təşkilati işlərini öz üzərinə götürdüyünə görə ölkəmizdə keçirilən mötəbər tədbirlər kimi, bu tədbirin də yüksək səviyyədə baş tutacağına heç bir şübhəmiz yoxdur. Xalqımız yaxşı bilir ki, ölkəmizdə keçirilən bütün mötəbər tədbirlər Azərbaycanımızın tanınmasına, mədəniyyətimizin təbliğinə xidmət edir. Buna görə Sizə və Mehriban xanıma öz dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Sizin regionlara səfəriniz hər bir Azərbaycan ailəsində böyük bayram əhval-ruhiyyəsi yaradır. Şübhəsiz ki, bu əhval-ruhiyyə xalqımızın Sizə olan böyük məhəbbətindən irəli gəlir. Xaçmazlılar Sizin hər bir səfərinizi diqqətlə izləyir və bundan qürur duyur. Rayonumuza səfəriniz zamanı hər dəfə yeni tikililərin açılışını edirsiniz, rayonumuz daha da inkişaf edir. İndi rayonumuz gözəlləşir, cəlbedici, qonaq-qaralı olur. Rayonumuza il boyu gələn hər bir qonaq həm burada, həm bütün respublikada gedən yeniliklərə heyran olur. Mən şəhərimizi açıq səma altında yerləşən böyük bir muzeyə bənzədirəm. Burada xiyabanlar, parklar salınır, geniş küçələr, yollar göz oxşayır. Əlbəttə ki, bu, təkcə rayonun mərkəzi ilə kifayətlənmir, ən ucqar kəndlərimizdə belə böyük inkişaf gedir. İnsanları narahat edən məsələlər öz həllini tapır. Xaçmazda yaşayıb-yaratmaq üçün hər bir şərait vardır. Xaçmazlılar bunu yaxşı görür və yüksək qiymətləndirirlər. Bunun üçün bir daha xaçmazlıların böyük minnətdarlığını Sizə çatdırıram, cənab Prezident.

Möhtərəm cənab Prezident, Xaçmaz gəncləri və idmançıları Sizi əmin edir ki, bu möhtəşəm kompleksin yetirmələri onlara bəxş etdiyiniz imkanlardan səmərəli istifadə edərək gələcəkdə öz böyük nailiyyətləri ilə bütün xalqımızı sevindirəcəklər. Mən idmançılarımız adından demək istəyirəm ki, bizim bütün qələbələrimiz, sabaha baxışımız, gələcəyə inamımız Sizinlə bağlıdır. Biz həmişə Sizin ətrafınızda, Sizə bağlı olacağıq, cənab Prezident. Sizə uzun ömür, cansağlığı, idmançı ruhu arzulayıram. Allah Sizə işlərinizdə uğurlar gətirsin!".

Sonda xatirə şəkli çəkdirildi.

Beynəlxalq Bankın xalis mənfəəti dəfələrlə azalıb
Beynəlxalq Bankın xalis mənfəəti dəfələrlə azalıb
Kapital Bank artıq Qubadlıda!
Kapital Bank artıq Qubadlıda!
Yanvarın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Yanvarın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
"Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi
Almaniya Bundesliqası: "Bayer" "Borussiya"ya qalib gəldi
David Norkuist Pentaqon rəhbəri vəzifəsini icra etməyə başlayır
Trump yeni administrasiyanın gəlişini etiraf etdi
Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
Bütün xəbərlər