...

Cey Karney: Əsəd Suriyanı təkrar idarə edə bilməyəcək

Siyasət Materials 24 İyul 2013 00:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Ağ Evin sözçüsü Cey Karney mətbuat konfransında bildirib ki, Əsəd bəzi qüvvələrin dəstəyilə xalqa qarşı şiddətini davam etdirir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Karney Əsədin Suriyanı təkrar idarə edə bilməyəcəyini də deyib.

"ABŞ müttəfiqlərinin dəstəyilə Suriya müxalifətinə kömək etməlidir ki, Əsədə qarşı dura bilsin" - deyə o bildirib.

Karney Suriya müxalifətinə edilən yardımların detallarına toxunmayacağını da diqqətə çatdırıb.

O, söyləyib ki, Suriya xalqı ölkənin gələcəkdə Əsəd tərəfindən idarə olunmasına imkan verməyəcək və ABŞ da buna razı ola bilməz.

Xəbər lenti

Xəbər lenti