...

Azərbaycan Müdafiə Nazirliyi və ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2013-cü il üçün İş Planı təsdiq edilib

Siyasət Materials 24 İyul 2013 20:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il aprelin 25-də Bakı şəhərində və 2013-cü il iyunun 7-də Ştutqart şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2013-cü il üçün İş Planı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Müdafiə Nazirliyi və ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2013-cü il üçün İş Planı təsdiq edilib

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il aprelin 25-də Bakı şəhərində və 2013-cü il iyunun 7-də Ştutqart şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2013-cü il üçün İş Planı"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Müdafiə Nazirliyinə bu fərmanda göstərilən İş Planının müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə həmin İş Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Amerika Birləşmiş Ştatları Hökumətini xəbərdar etmək tapşırılıb.

Dövlət başçısı, həmçinin 2013-cü il iyulun 4-də Bakı şəhərində və 2013-cü il iyulun 6-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu"nun, 2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Volqoqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş"in və 2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş"in təsdiq edilməsi barədə müvafiq fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti