...

Zeynal Nağdəliyev: Prezident seçkilərində seçki məntəqələrinin 20 faizində kameralar quraşdırılacaq

Siyasət Materials 29 İyul 2013 11:20 (UTC +04:00)
Ötən seçkilərdə seçki məntəqələrinin 10 faizində quraşdırılmış kameralar vasitəsilə seçkiləri izləmək mümkün oldu.
Zeynal Nağdəliyev: Prezident seçkilərində seçki məntəqələrinin 20 faizində kameralar quraşdırılacaq

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

Ötən seçkilərdə seçki məntəqələrinin 10 faizində quraşdırılmış kameralar vasitəsilə seçkiləri izləmək mümkün oldu. Bu il isə ölkə başçısının iradəsi ilə bu rəqəm 20 faizə qaldırılıb ki, həmin məntəqələrdə seçkiləri izləmək mümkün olsun. Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində bildirib.

Z.Nağdəliyev qeyd edib ki, mərkəzi icra hakimiyyəti orqanları qarşısında dayanan bir sıra məsələlər var. Yerlərdə DSK-nın fəaliyyəti üçün ölkə başçısının tapşırığı ilə hər cür şərait yaradılıb: "Bu seçkilərdə ötən seçkilərə nisbətən həm seçki komissiyaları, həm də seçicilər üçün daha yaxşı şərait yaradılacaq. Lövhələr səliqəli vəziyyətə gətirilməlidir ki, seçicilər onlardan rahat istifadə edə bilsinlər. Lövhələrdən başqa məqsədlər üçün istifadə edilməsi qadağandır. Bununla bağlı yerli icra hakimyyəti orqanlarına xüsusi tapşırıq verilib".

Qeyd edək ki, kursların açılış mərasimində MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay iştirak edir.

Xatırladaq ki, Azərbaycanda prezident seçkisinin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti