Azərbaycan, Bakı, 31 iyul /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Haydurun Tempeli qəbul edib.
XİN-in mətbuat xidmətndən Trend-ə verilən məlumata görə, nazir H.Tempeli ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycanla Almaniya arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. E.Məmmədyarov yeni təyin olunmuş səfirin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.
Etimadnaməsinin surətini nazirə təqdim edən səfir ölkəsinin Azərbaycanla dialoqun və ənənəvi xoş münasibətlərin davam etdirilməsində maraqlı olduğunu bildirib və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırıb.