Azərbaycan, Bakı, 31 iyul /Trend /
Misir hakimiyyəti Mursinin tərəfdarlarının oturaq aksiyasının dağıdılması haqqında qərar verib. Trend-in məlumatına görə, bunu hakimiyyətin rəsmi nümayəndəsi bildirib.
Məlumatda deyilir ki, Nazirlər Kabineti etiraz aksiyalarına son qoymaq haqqında qəti qərar qəbul edib.
Verilmiş qərarda deyilir ki, Mursinin tərəfdarlarının aksiyaları milli təhlükəsizliyə təhdiddir.