...

ATGTİ-nin nümayəndələri “Yay Olimpiya Seminarı”nda iştirak edəcəklər

Siyasət Materials 2 Avqust 2013 10:48 (UTC +04:00)
Cari ilin 2-13 avqust tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGTİ) 14 üzvü 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarının təşkil olunması məqsədi ilə Yunanıstanda təşkil olunmuş “Yay Olimpiya Seminarı”nda iştirak edəcək.
ATGTİ-nin nümayəndələri “Yay Olimpiya Seminarı”nda iştirak edəcəklər

Azərbaycan, Bakı, 2 avqust /Trend /

Cari ilin 2-13 avqust tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGTİ) 14 üzvü 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarının təşkil olunması məqsədi ilə Yunanıstanda təşkil olunmuş "Yay Olimpiya Seminarı"nda iştirak edəcək. Bu barədə cümə günü Trend-də qurumdan daxil olan məlumatda deyilir.

Yunanıstana yollanmış 41 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə ATGTİ-nin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri, idmançılar və jurnalistlər daxildirlər.

Nəzərinizə çatdırırıq ki, xüsusi olaraq Azərbaycanın nümayəndə heyəti üçün keçiriləcək "Yay Olimpiya Seminarı" Beynəlxalq Olimpiya Akademiyasında baş tutacaq.

Qeyd edək ki, Yunanıstanda təlim keçəcək nümayəndə heyətimizin rəhbəri Gənclər və İdman Nazirliyinin Elm-təhsil şöbəsinin müdiri Vüqar Əhmədovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti