...

Türkiyənin keçmiş Baş Qərargah rəisi İlker Başbuğ ömürlük həbs edildi

Siyasət Materials 5 Avqust 2013 16:46 (UTC +04:00)
Türkiyənin keçmiş Baş Qərargah rəisi İlker Başbuğa ömürlük həbs cəzası verilib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Türkiyənin keçmiş Baş Qərargah rəisi İlker Başbuğ ömürlük həbs edildi

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Türkiyənin keçmiş Baş Qərargah rəisi İlker Başbuğa "Ergenekon" işi ilə bağlı ömürlük həbs cəzası verilib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, məhkəmə 2006-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddə əli olan "Ergenekon" təşkilatını terrorçu təşkilat kimi tanıyıb.

Başbuğdan başqa, bir sıra digər yüksək vəzifəli hərbçilər də ömürlük həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, 70 yaşlı sabiq ordu generalı 2010-cu ildə istefaya getmişdi.

Məlumata görə, çevrilişə dair iş çərçivəsində 21 nəfər bəraət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti