...

Albaniyada solçular hakimiyyətə gəldi

Siyasət Materials 7 Avqust 2013 03:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Albaniyada Parlament seçkiləri keçirilib və ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, solçuların "Avropalı Albaniya İttifaqı" koalisiyası sağçıların "İş, rifah və inteqrasiya" koalisiyasına 313 min 227 səs artıq olmaqla, qalib gəlib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, solçular səslərin 57.63 faizini qazanmaqla, Parlamentdə 83 yer əldə edib.

Məlumata görə, seçicilərin 39.41 faizinin dəstəyini alan sağ koalisiya 57 deputat yeri qazanıb.

Sol koalisiyada ən böyük partiya olan Sosialist Partiyası yeni parlamentdə 65, İnteqrasiya Sosialist Hərəkatı Partiyası 16 yer əldə edib.

Sağ koalisiyada isə ən böyük partiya olan Demokratik Partiya 46 deputat kürsüsü qazana bilib.

Yeni parlament sentyabrda fəaliyyətə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti