...

Səfirlik: Misirin yeni konstitusiyasının formalaşdırılmasında ölkənin bütün siyasi gücləri iştirak edəcəklər

Siyasət Materials 14 Avqust 2013 15:01 (UTC +04:00)
Misirin bütün siyasi gücləri yeni Konstitusiyasının, hökumətin, o cümlədən ölkənin digər siyasi idarələrinin formalaşmasında iştirak edəcək.
Səfirlik: Misirin yeni konstitusiyasının formalaşdırılmasında ölkənin bütün siyasi gücləri iştirak edəcəklər

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir A. Tağıyeva/

Misirin bütün siyasi gücləri yeni konstitusiyasının, hökumətin, o cümlədən ölkənin digər siyasi idarələrinin formalaşmasında iştirak edəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Misirin Azərbaycandakı səfiri Heysam Cəlal mətbuat konfransında açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, keçid hökumətinin prioriteti Misiri demokratik inkişaf yoluna qaytarmıqdır.

Cəlal bildirib: "Prezident Ədli Mənsurun hakimiyyəti doqquz ay ərzində tam demokratik sistemə keçməyi hədəfləyib. Üç-dörd ay ərzində konstitusiyanın tərtib olunması, dörd-beş ay ərzində isə parlament seçkilərinin keçirilməsi üzərində işlər yekunlaşacaq".
Prezident seçkilərinə gəldikdə isə səfir bildirib ki, Misirin keçid hökuməti onu hakimiyyətə gəlmələrindən altı-səkkiz ay sonra keçirmək niyyətindədir.

Qeyd edək ki, cari ilin iyul ayında Misir hərbçiləri Konstitusiyanın fəaliyyətini dayandırıb, Prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırıblar. Onlar ölkədə növbədənkənar prezidenti seçkilərinin keçiriləcəyinə söz veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti