...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurası Misir hadisələri ilə bağlı birgə bəyanat verib

Siyasət Materials 16 Avqust 2013 11:35 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurası Qəbələ şəhərində keçirilən görüşdə birgə bəyanat verib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurası Misir hadisələri ilə bağlı birgə bəyanat verib

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurası Qəbələ şəhərində keçirilən görüşdə birgə bəyanat verib.

Trend Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda Misirdə davam edən nümayişlərə qarşı güc tətbiq edilməsinə etiraz olunur: "Biz, dünən Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüflənirik. Biz hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdi və öldürülən şəxslərin ailələrinə başsağlığı veririk, eyni zamanda yaralanan şəxslərin tam və tezliklə sağalmasını arzu edirik. Biz, ölkədə təmkin və barışığın həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır və təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti