Azərbaycan, Bakı, 18 avqust /Trend/
Səudiyyə Ərəbistanı kralı Abdullah bin Abdulaziz Misirə 3 səhra xəstəxanası göndərib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Misirdə baş vermiş qanlı olaylarla əlaqədar xəstəxanalarda sıxlıq yaranıb.
Məlumata görə, qarşıdurmalarda yaralanmış misirlilərə yardım etmək üçün Səudiyyə Ərəbistanı həkim və texniki işçi heyətini də Misirə yollayıb.