...

Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanının İrana rəsmi səfəri başlayır

Siyasət Materials 18 Avqust 2013 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir T.Cəfərov/

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, vitse-admiral Şahin Sultanovun başçılıq etdiyi nümayəndə heyəti İrana rəsmi səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.

Səfir bildirib ki, İran Hərbi Dəniz Donanmasının baş komandanı, kontr-admiral Həbibullah Səyyarinin dəvəti ilə gerçəkləşən səfər bu gecə başlayır və 3 gün davam edəcək.

Möhsin Pakayinin sözlərinə görə, səfər çərçivəsində iki ölkə arasında hərbi əlaqələrin inkişafı, o cümlədən Xəzərin təhlükəsizliyinin təmini müzakirə olunacaq.

Səfirin fikrincə, bu səfər iki ölkə arasında qarşılıqlı etimadın göstəricisidir. Onun sözlərinə görə, Şahin Sultanov səfər çərçivəsində İranın hərbi müəssisələrində də olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti