Azərbaycan, Bakı, 19 avqust /Trend/
Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçiriləcək prezident seçkilərinə rəsmi olaraq, iki namizədi qeydə alıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasından Trend-ə verilən məlumata görə, Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili və Mixail (Qela) Saluaşvili namizəd qismində qeydiyyatdan keçib.
Məlumata görə, Gürcüstanda 34 seçici subyekti Mərkəzi Seçki Komissiyasına müraciət edib, onlardan 3 nəfərin qeydiyyatından imtina edilib, 25 təşəbbüs qrupu isə qeydə alınıb.
Bununla yanaşı, Leyboristlər Partiyasından savayı MSK-ya müraciət etmiş 3 siyasi partiya qeydiyyata alınmasını gözləyir.
Eyni zamanda, hakim "Gürcü arzusu" partiyası da prezidentliyə namizədini irəli sürüb. Bu, Giorgi Marqvelaşvilidir. Həmçinin, hakimiyyətyönlü "Vahid milli hərəkat" partiyasından David Bakradzenin, "Ədalətli Gürcüstan naminə" partiyasından Serqo Cavaxidzenin və Xristian-demokrat hərəkatından Giorgi Tarqamadzenin namizədliyi irəli sürülüb.
Hazırki mərhələdə namizəd irəli sürən siyasi partiyaların və təşəbbüs qruplarının qeydiyyatı davam edir. Qeydiyyat sənədlərinin qəbulu sentyabrın 7-dək davam edəcək.
Qeydiyyat üçün prezidentliyə namizədlər sentyabrın 17-dək MSK-ya ən azı 26 530 seçici imzası təqdim etməlidir.
Namizədlərin qeydiyyatı senyabrın 27-də yekunlaşacaq.