...

Elşad İskəndərov: Bəzi destruktiv qüvvələr cəmiyyətlə dindarlar arasında uçurum yaratmağa çalışırlar

Siyasət Materials 22 Avqust 2013 10:39 (UTC +04:00)
Azərbaycan dünyəvi dövlətdir. Dini qurumların siyasi oyunlarda istifadə edilməsi həm etik, həm də qanuni baxımdan düzgün deyil. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda qarşıdan gələn prezident seçkilərində dini qurum və təsisatların rolunu dəyərləndirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.
Elşad İskəndərov: Bəzi destruktiv qüvvələr cəmiyyətlə dindarlar arasında uçurum yaratmağa çalışırlar

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycan dünyəvi dövlətdir. Dini qurumların siyasi oyunlarda istifadə edilməsi həm etik, həm də qanuni baxımdan düzgün deyil. Trend xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycanda qarşıdan gələn prezident seçkilərində dini qurum və təsisatların rolunu dəyərləndirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

Bununla yanaşı Dövlət Komitəsinin sədri qeyd edib ki, dini icmaların üzvləri də Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda son 10 ildə gedən modernləşmə və Azərbaycan xalqının rifahının artırılması dindarlarımıza da təsir edib: "Onlar cəmiyyətin inteqral hissəsidir. Onları ayırmaq, marginallaşdırmaq, bölmək, cəmiyyətlə onlar arasında uçurum yaratmaq ümumiyyətlə qəbulolunmazdır. Əfsuslar ki, bəzi destruktiv qüvvələr tərəfindən belə addımlar atılır. Yəni bu məsələdə vətəndaşlarımızla birlikdə eyni prizmadan çıxış etməlidirlər."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti