Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir A.Tağıyeva/
Misir Prokurorluğu ölkənin sabiq Prezidenti Hüsnü Mübarəkin Qahirə həbsxanasından azad olunması ilə bağlı qərar qəbul edib. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən bildirib.
Daha əvvəl, Qahirə məhkəməsi əsas ittihamlardan biri olan korrupsiya ittihamını Mübarəkin üzərindən götürdükdən sonra Mübarəkin vəkili Fərid əd-Dib bazar ertəsi sabiq Prezidentin həftənin sonuna kimi azadlığa buraxılmalı olduğunu bildirmişdi.