...

ATƏT-in qısamüddətli və uzunmüddətli müşahidəçiləri avqustun 26-da Azərbaycana gələcəklər

Siyasət Materials 23 Avqust 2013 12:25 (UTC +04:00)
Avqustun 26-da ATƏT-in qısamüddətli və uzunmüddətli müşahidəçiləri Azərbaycana gələcəklər.
ATƏT-in qısamüddətli və uzunmüddətli müşahidəçiləri avqustun 26-da Azərbaycana gələcəklər

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/

Avqustun 26-da ATƏT-in qısamüddətli və uzunmüddətli müşahidəçiləri Azərbaycana gələcəklər. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Targay bildirib.

Onun sözlərinə görə, Bakıya 30 nəfər uzunmüddətli, 180 nəfər qısamüddətli müşahidə aparan şəxslər gələcək.

K.Tarqay deyib ki, həmçinin avqustun 26-dan etibarən 50-55 nəfərin fəaliyyət göstərəcəyi yardımçı ofis fəaliyyətə başlayacaq: "ATƏT-in Bakı Ofisi birbaşa seçkilərlə bağlı fəaliyyət göstərmir, bu səbəbdən yardımçı ofis yaradılacaq".

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti