...

GUAM Azərbaycanda prezident seçkilərinin geniş monitorinqini keçirməyi planlaşdırır

Siyasət Materials 27 Avqust 2013 15:27 (UTC +04:00)
GUAM-in müşahidəçilər missiyası Azərbaycanda prezident seçkiləri zamanı nisbətən daha geniş monitorinq keçirməyi planlaşdırır.
GUAM Azərbaycanda prezident seçkilərinin geniş monitorinqini keçirməyi planlaşdırır

Azərbaycan, Bakı, 27 avqust /Trend /

GUAM-dan olan müşahidəçilər missiyası Azərbaycanda prezident seçkiləri zamanı nisbətən daha geniş monitorinq keçirməyi planlaşdırır.

GUAM katibliyindən Trend-ə verilən məlumatda bildirilir: "GUAM - Demokratiya və İqtisadi İnkişaf Təşkilatının nümayəndələri daha geniş monitorinq keçirəcək, həm Bakıda, həm də Azərbaycanın regionlarında olan seçici məntəqələrinin böyük hissəsinə baş çəkəcəklər".

Katiblikdən verilən məlumata görə, oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinin gedişini izləmək üçün GUAM oktyabrın əvvəlində monitorinq keçirəcək, prezidentliyə namizədlərlə görüş keçirəcək missiya göndərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti