Azərbaycan, Bakı, 28 avqust / Trend, müxbir S.Əhmədova /
Sentyabrın 2-3-də Ermənistanın paytaxtı Yerevanda "Müasir dünyada dini etiqad azadlığı: problemlər və qarantiyalar" adı altında forum keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının (AŞ) rəsmi internet səhifəsində bildirilir.
Sözügedən forum Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçiriləcək.
Məlumatda deyilir ki, Ermənistanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Edvard Nalbandyan ali patriarx və bütün ermənilərin katolikosu II Qareginlə birlikdə forumun açılışında iştirak edəcək.
Müxtəlif dini icmaların liderləri, insan hüquqları üzrə ekspertlər və media nümayəndələri üç panel və plenar iclaslar çərçivəsində fikir mübadiləsi aparacaqlar.