Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir S.Ağayeva/
Sloveniyanın xarici işlər naziri Karl Eryaviçin (Karl Erjavec) oktyabr ayında Azərbaycana səfəri zamanı siyasət, iqtisadiyyat və humanitar sahələrdə ikitərfli əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Bu barədə çərşənbə günü Trend-ə açıqlamasında Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar bildirib.
Onun sözlərinə görə, Sloveniya XİN rəhbərinin səfəri azərbaycanlı həmkarının dəvəti ilə baş tutacaq. Səfər çərçivəsində Sloveniyanın xarici işlər naziri Azərbaycan hökuməti, Parlamenti və XİN-də bir sıra görüşlər keçirəcək.
Tərəflər, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparacaq: "Ölkələr arasında münasibətlə çox yaxşı səviyyədədir. Bundan əlavə biz hesab edirik ki, bizim əməkdaşlığın və dialoqun sonrakı inkişafı və möhkəmləndirilməsi üçün imkanlar var".