Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun növbəti iclası sentyabrın 12-13-də Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Onun sözlərinə görə, iclasın gedişi zamanı Xəzərin hüquqi statusu üzrə Konvensiya layihəsinin müzakirəsi davam etdiriləcək. Nazir müavini vurğulayıb ki, bu məsələ üzrə bir sıra məsələlər açıq olaraq qalır.
Xəzər dənizi üzrə növbəti sammitin keçirilməsi üzrə sualı şərh edərkən Xələfov bəyan edib ki, növbəti sammit Rusiyada keçiriləcək, lakin onun keçirilmə vaxtı hələ məlum deyil: "Rusiya tərəfi hesab edir ki, sammitin keçirilməsi üçün ciddi işlər görülməli, müəyyən razılıqlara nail olunmalı və bundan sonra sammitin keçirilməsini təyin etmək lazımdır".