Azərbaycan, Bakı, 31 avqust /Trend/
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri Polşada keçiriləcək beynəlxalq sərgidə təmsil olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan nümayəndə heyəti sentyabrın 2-dən 5-dək Polşanın Kelç şəhərində MSPO-2013 Beynəlxalq Müdafiə Sənayəsi sərgisində iştirak edəcək.
Qeyd edək ki, tədbir "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçiriləcək.