Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Almaniya kimyəvi silahdan istifadəyə görə, ABŞ-ın başlada biləcəyi Suriya əməliyyatında iştirak etməyəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın kansleri Angela Merkel deyib.
"Almaniya əməliyyatda iştirak etməyəcək. Almaniya o zaman iştirak edə bilər ki, orada ya NATO-nun, ya BMT-nin, ya da Avropanın mandatı olmalıdır" - deyə Merkel bildirib.
Qeyd edək ki, bir müddət öncə Almaniyanın XİN rəhbəri Qido Vestervelle ölkəsinin Suriya əməliyyatında iştirak etməyəcəyini demişdi.